e33f2b6d-31ac-420d-9a3e-93c45dae096b..jpg

Bu gündən qadağa qüvvəyə minib: Bakının mərkəzində avtomobilsiz küçələr – VİDEO

Baxış sayı: 529 dəfə baxılıb.

Bu gündən qadağa qüvvəyə minib: Bakının mərkəzində avtomobilsiz küçələr – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini
məhdudlaşdırıb.

Cixisyolu.com xəbər verir ki, Xaqani bağı (keçmiş Molokan bağı) paytaxt sakinləri və
turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir.

Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da
minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil
sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olurdu.
Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane
olurdu.

Bu gündən Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin
məhdudlaşdırılması ilə bağlı qərar qüvvəyə minib.

Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə
abadlıq işlərinin aparılması nəzərdə tutulub. Növbəti mərhələdə həftəsonları
yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu
ərazilər də piyadaların istifadəsinə veriləcək.

Source link