Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan
tibbi arayışlar elektron formada veriləcək.
Cixisyolu.com xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün
keçməli olduqları proses aşağıdakılardır:
– Tibb müəssisəsinə ilkin müraciət
– Laborator analizlərin verilməsi
– Həkim qəbullarından keçmək
– Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
– Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə
təhvil verilməsi
İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az”
keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə
sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə
edə biləcəklər.
Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə
arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı
yükləyə biləcəklər.