Türkiyədə Neft Məhsulları İşəgötürənlər Birliyi (PÜİS) özünün internet ünvanında benzinin qiymətinin bahalaşacağını açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, birlik benzinin qiymətinin 9-11 kuruş artırılacağını bildirib.
Dizelin qiymətində dəyişiklik gözlənilmir.
Qeyd edək ki, bir müddət əvvəl dizelin qiyməti 13 kuruş qalxmışdı.
Onu da bildirək ki, fevralda benzinin dəyəri 28 kuruş ucuzlaşaraq, 5,55 lirəyə düşmüşdü.
Bu gun gecə yarısından Türkiyədə benzinin dəyəri 5,65 lirəyə yüksələcək.