0729a67c-0276-409a-812e-3d1c65da407f.webp

Bu həftə – 28 oktyabrdan 3 noyabradək Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Baxış sayı: 38 dəfə baxılıb.

Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli
keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Cixisyolu.com-ın təqdim etdiyi afişada oktyabrın 28-dən noyabrın 3-dək Bakıda
keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alıb.

30 oktyabr

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da Lənkəran Dövlət
Dram Teatrının”Casus” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-12 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Toros
canavarı” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 6-10 manat.

31 oktyabr

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat
19:00-da”Vaqif” ikipərdəli operası nümayiş olunacaq.

Biletlərin qiyməti: 12-20 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “İblis və…”
tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa noyabrın 2-si və 3-də də göstəriləcək.

Biletlərin qiyməti: 10-25 manat.

1 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Qırmızıpapaq” adlı
tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 16:00-da “Qoğal” adlı tamaşa nümayiş
olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da “Sən həmişə mənimləsən”
tamaşası təqdim olunacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Прости за любовь”
(“Sevgi naminə bağışla”) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Qətibə İnanc”
tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Qafqazlı
qardaşqızı” nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

2 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da “Ağca və yeddi
cırtdan” tamaşası uşaqlara təqdim olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Приключения
Алладина, принцессы Жасмин и Джина-духа лампы” (“Ələddin, şahzadə Jasmin və
lampadakı cinin macəraları”) tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa noyabrın 3-də də göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Dəcəl keçi”
tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Nizami Kino Mərkəzində saat 15:00-da “Sadece sen” filmi nümayiş olunacaq.

Biletlərin qiyməti: 8 manat.

“Bakı” kinoteatrında saat 15:00-da “Soyuq Günəş” filminin nümayişi olacaq.

Biletlərin qiyməti: 6 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 18:00-da “Cırtdan” tamaşası uşaqlara
təqdim olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Mən
Feyerbaxam” tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Три красавицы”
(“Üç gözəl”) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Baladadaşın toy
hamamı”tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Красавица и
чудовище” (Gözəl və Bədheybət – rus dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5-30 manat.

Azərbaycan Dövlət Kukla Teatrında 12:00, 14:00 və 16:00-da “Üç donuz balası”
tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Şirinlər”
tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Balaca
kişilər” tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8-10 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Beş manatlıq
gəlin” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Судьба артиста”
(“Artistin taleyi”) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

Xanım Aydın

Source link