ab547faf-ed58-46f6-a867-309e18730f34..jpg

Bu il Azərbaycana gətirilən buğdanın qiyməti kəskin azalıb

Baxış sayı: 791 dəfə baxılıb.

Bu il Azərbaycana gətirilən buğdanın qiyməti kəskin azalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 377 min ABŞ
dolları dəyərində 1 milyon 94 min ton buğda idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm
baxımından 6,3% və ya 72,9 min ton, məbləğ baxımından isə 28,8% və ya 114,6
milyon ABŞ dolları azalıb.

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 389 milyon ABŞ dolları dəyərində 1
milyon 167 min ton buğda idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın bir tonunun orta
qiyməti 22,3% və ya 74,2 dollar azalaraq 258,8 dollara (440 manat) bərabər
olub. Bu göstərici ötən ilin müvafiq dövründə 333 dollar (566,1 manat) təşkil
edib.

Əlavə edək ki, cari ilin noyabr ayında isə idxal edilən buğdanın orta idxal
qiyməti ötən ilin noyabr ayı ilə müqayisədə 23,7% azalaraq 435,28 manata
bərabər olub. 2022-ci ilin noyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın
bir tonunun orta qiyməti 570,75 manat təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 11 ayında buğda idxalı Azərbaycanın ümumi
idxalının 1,79%-nə bərabər olub.

Source link