aafd8b51-e903-411a-842d-286c62c6bd0b..jpg

Bu il Azərbaycanda 3 milyon ağac əkiləcək

Baxış sayı: 1. 185 dəfə baxılıb.

Bu il Azərbaycanda 3 milyon ağac əkiləcək

“Bu il meşə-bərpa tədbirləri çərçivəsinə 3 milyon ədəd ağacın əkilməsi,
həmçinin 4-5 milyon ədəd tingin yetişdirilməsi nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi
Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə
regional tinglik sahəsi var:

“Bu il üzrə konkret planlar var. 1200 hektar əkin işləri aparacağıq. Bu
istiqamətdə müvafiq işlərə başlanılıb”.

O xatırladıb ki, ötən il 14 hektar ərazidə 21 növ üzrə 5 tondan çox toxum
səpilib.

Source link