66f650e4-35e0-4c4f-99ae-4bb1e9321f93.webp

Bu il Azərbaycanda bələdiyyə seçkisi keçirilməyəcək

Baxış sayı: 178 dəfə baxılıb.

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkisi keçirilməyəcək.

Mərkəzi Seçki Komissiyasından (MSK) “Report”a verilən məlumata görə, bu günə
qurumun iclası təyin edilməyib.

Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli
olaraq bələdiyyə seçkisini MSK təyin edir:

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.

Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə
gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam)
səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

Qurumdan qeyd edilib ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini
hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.

Source link