41392023-df93-4ab1-a762-4a6eb7776861..jpg

Bu il manatı hansı təhlükə gözləyir?

Baxış sayı: 796 dəfə baxılıb.

Bu il manatı hansı təhlükə gözləyir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş
qeydə alınıb”.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında
bildirib.

Deputat qeyd edib ki, bütövlükdə, mart ayının geridə qalan günlərində
hərraclarda 227,4 milyon dollar satılıb:

“Bu ilin ilk iki ayı, xüsusən də fevralla müqayisədə mart ayında dollar
tələbinin stabilləşməsi müşahidə olunur. Bu, Mərkəzi Banka valyuta bazarına
intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır.
Bununla yanaşı, mart ayında qeyri-iş günlərinin, eləcə də xarici səfərlərin
sayının çoxluğunu nəzərə alsaq, Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi
istifadə etməsi vacibdir”.

“Növbəti aylarda manatın məzənnəsinə gəldikdə, Mərkəzi Bankın 2024-cü il üçün
pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunduğu kimi, bu,
tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq.

Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi,
eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı
tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu
indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji
bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq.
Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün
valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər
verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta
ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi
birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, – deyə parlamentari əlavə
edib.

Source link