Bu il Naxçıvanda sahibkarlara verilən güzəştli kreditin həcmi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin 9 ayında Naxçıvan Muxtar Respublikasında (NMR) 19 sahibkara 1,4 milyon
manat güzəştli kredit verilib.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Sahibkarlığın İnkişafı Fondunun
İdarə Heyətinin sədri Osman Xaliyev oktybarın 17-də Naxçıvanda jurnalistlərə
açıqlamasında deyib.
O qeyd edib ki, 2023-cü ildən etibarən Sahibkarlığın İnkişafı Fondu NMR-də
fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də maliyyə dəstəyi göstərir.