7c5a2bd9-31c6-4745-a63b-98f18f1e5664..jpg

Bu il ümumi dəyəri 51 milyon manatdan çox olan narkotik dövriyyədən çıxarılıb

Baxış sayı: 567 dəfə baxılıb.

Bu il ümumi dəyəri 51 milyon manatdan çox olan narkotik dövriyyədən çıxarılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton
787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə
dəyəri 51 milyon 36 min manat qiymətləndirilir.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz
əksini tapıb.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1615 nəfər cinayət
məsuliyyətinə cəlb edilib, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən 22 xarici ölkə vətəndaşından 99 kq 487,934
qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Source link