Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda 2024-cü ilin I rübündə törədilən 8 930 cinayətin 85 faizi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə
etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə
baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində
işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclasında bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8 930
cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa
ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar,
soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə
edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş
verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilən hüquqazidd əməllər 2023-cü ilin üç ayı ilə müqayisədə azalıb.