Bu ilin sonuna kimi Naxçıvan üzrə bütün məlumatlar “e-naxçıvan” elektron
bazasına yerləşdiriləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu ilin sonuna kimi Naxçıvan MR üzrə bütün məlumatlar “e-naxçıvan” elektron
bazasına yerləşdiriləcək”.
Bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi “X” hesabında
paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının bütün məlumat və
göstəriciləri, statistik hesabatları, xidmətləri və sair, rəqəmsallaşdırılması
və yekun nəticədə rəqəmsal idarəçilik metodunun tətbiq edilməsi
reallaşdırılacaq.
Cari ilin sonuna kimi NMR üzrə bütün məlumatlar e-naxçıvan elektron bazasına
yerləşdiriləcək. NMR bütün məlumat və göstəricilərin,
statistik hesabatların, xidmətlərin və s., rəqəmsallaşdırılması və yekun
nəticədə rəqəmsal idarəçilik metodunun tətbiq edilməsi reallaşdırılacaq.
pic.twitter.com/HNkJCryrBn
— Fuad Najafli (@fuad_najafli) October 22, 2023