İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb.
Cixisyolu.com xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi ilə təminata alınan laboratoriya xidmətləri bunlardır:
Kliniki analizlər;
Biokimyəvi analizlər;
Bakteroloji analizlər;
İmmunoloji analizlər;
İnfeksiyaların təyini və digər xidmətlər.
Qeyd edək ki, icbari tibbi sığorta bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq olunur. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Zərfə bir sıra kardioloji və neyrocərrahi xidmətlər də daxil edilib. Bura qapalı və açıq ürək əməliyyatları aiddir.
Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Növbəti mərhələdə zərfə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.