İspaniyanın ən qədim futbol klubu sayılan “Rekreativo” nə az, nə çox – 1 avroya satılacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin məlumatına görə, 2017-ci ilin sonunda 128 illiyini qeyd edən klub ciddi maliyyə çətinlikləri ilə üzləşib. Klubun borcları 7,6 milyon avronu ötür.
Yeni sövdələşməyə görə, borcların ödənilməsindən sonra “Eurosamop” şirkəti klubun bütün səhmlərini 1 avroya alacaq.
“Rekreativo” 2006-2009-cu illərdə ardıcıl üç il La-liqada mübarizə aparıb, mövsüm nəticələrinə görə müvafiq olaraq, səkkiz, onaltı və iyirminci yerləri tutub. Hazırda klub İspaniya futbol çempionatının 3-cü divizyonunda çıxış edir.