33a7efb6-df1f-444c-bd93-0f99fcac376f.webp

“Bu mahnı Xudayara ana südü kimi halaldır” – Dillərdə dastan olan təsnif

Baxış sayı: 34 dəfə baxılıb.

Baku TV Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə haqqında reportaj hazırlayıb.

Xudayar ölümündən iki gün əvvəl Əlibaba Məmmədovun Əliağa Vahidin “Vətən
yaxşıdır” şeirinə bəstələdiyi təsnifi ifa edərək sanki ona yeni bir nəfəs,
həyat verdi.

Elə bir nəfəs ki, səs, ifa, görkəm və vətənə bağlı ömrün şəhadəti “Xudayar”
təsnifini hər birimizin qəlbində ömürlük əbədiləşdirdi.

Xalq artisti Mənsum İbrahimov “Vətən yaxşıdır” mahnısının “Xudayar” təsnifi
adlandırılması prosesindən danışıb:

“Çox adam bilmirdi ki, bu mahnı kimindir. Əlibaba Məmmədovla bu barədə
danışanda dedi ki, bu mahnı artıq xalqındır. Xudayara ana südü kimi halaldır.
Əlibaba bəyin də icazəsi ilə bu mahnı artıq “Xudayar” təsnifi adı ilə dillərə
dastandır”.

Daha ətraflı Baku TV-nin süjetində:

“Bu mahnı Xudayara ana südü kimi halaldır” – Dillərdə
dastan olan təsnif
“Bu mahnı Xudayara ana südü kimi halaldır” – Dillərdə dastan olan təsnif

Source link