İnkişaf etməkdə olan yeddi ölkə valyuta böhranı yaşaya bilər.
ÇıxışYolu.Com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Nomura Holdings” şirkətinin araşdırmasında bildirilir.
Qeyd olunur ki, Ukrayna, Türkiyə, Misir, Argentina, Cənubi Afrika Respublikası, Pakistan və Şri-Lanka kimi ölkərin iqtisadiyyatları valyuta böhranı yaşamaq təhlükəsi ilə üzləşib.
Ekspertlər həmçinin bu təhlükə ilə üzləşmək riskinin az olduğu ölkələri açıqlayıb. Bunlar Braziliya, Bolqarıstan, İndoneziya, Qazaxıstan, Peru, Filippin, Rusiya və Taylanddır.