Buça meri: “İşgəncələrlə öldürülmüş 163 nəfərin kimliyi müəyyən edilib”
Ukraynanın azad edilmiş Buça şəhərində öldürülmüş 163 nəfərin kimliyi müəyyən
edilib.
Buça meri Anatoli Fedorukun sözlərinə görə, bu rəqəm şəhərdə qətlə yetirilmiş
insanların ümumi sayının təxminən yarısına bərabərdir.
“Bu günə qədər biz 163 nəfərin kimliyini müəyyənləşdirə bilmişik. Bunlar
şəhərimizin rusiyalılar tərəfindən öldürülmüş, vəhşicəsinə işgəncələrə məruz
qalmış vətəndaşlarıdır. Biz onların soyadlarını, adlarını, atalarının adını,
harada yaşadıqlarını bilirik”, – deyə şəhər meri bildirib.
Qeyd edək ki, indiyə qədər Buça şəhərində 320 dinc sakinin cəsədi aşkarlanıb.
Mənbə: Unian.net