19942316-d845-45cb-bfea-c813632a38d5..jpg

Budanov: “Rusiya İranın ballistik raket satacağını gözləyir”

Baxış sayı: 869 dəfə baxılıb.

Budanov: “Rusiya İranın ballistik raket satacağını gözləyir”

“Ukrayna kəşfiyyatının məlumatına görə, İran hələlik Rusiyaya
kamikadze-dronlardan başqa heç bir silah verməyib, Çin isə ümumiyyətlə hərbi
yardım göstərmək niyyətində deyil”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill
Budanov bildirib.

Onun sözlərinə görə, İran Rusiyaya bir neçə növ dron ötürsə də, medianın
yazdığı ballistik raket tədarükü barədə məsələ hələ təsdiqini tapmayıb.

“Hamı bunun baş verməməsi üçün çalışır. İranın özü də başa düşdü ki, bunu
Rusiyaya çatdırmaq nə dərəcədə asandır, amma bunu dünya qəbul etmir. Hətta
onların normal ünsiyyətə öyrəşdiyi dünya da”, – Budanov bildirib.

O qeyd edib ki, İran “Şahed-136” və “Şahed-131” PUA-larından başqa, taktiki və
texniki xüsusiyyətlərinə görə “Bayraktar”a bənzəyən böyük “Mohajer-6” PUA-sını
da ruslara təhvil verib.

“Ruslar onlardan sursat almağa çalışır və iranlıların ballistik raket
satmalarını istəyirlər. Lakin İran bir dənə də olsun raket ötürməyib. Çin də
heç bir silah ötürməyib. Belə başa düşürük ki, ötürməyəcək də”, – deyə o
vurğulayıb.

Mənbə: Liga.net

Source link