b38f428b-695d-4eae-b78f-986d7aa35196..jpg

Budapeştdə azərbaycanlı reper Orxan Zeynallının konserti olub – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

Budapeştdə azərbaycanlı reper Orxan Zeynallının konserti olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı reper Orxan Zeynallı Zəfər
Günü ərəfəsində Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış
edib.

Azərbaycan hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə
yaxın azərbaycanlını bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun
da dəstəyi ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı,
Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya,
İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda Azərbaycandan da
həmvətənlərimiz qatılıblar.

Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik
ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük
rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı
sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.

Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının
dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə digər ölkələrdə də
reperin yeni konsertlərinin keçirilməsi planlaşdırılır.

Source link