Budapeştdə minlərlə insanın iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilib –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Macarıstanın paytaxtı Budapeştdə minlərlə insanın iştirakı ilə hökumət
əleyhinə nümayiş keçirilib.
Mitinq iştirakçıları şəhərin mərkəzi küçələri ilə yürüş edib, sonra parlament
binası yaxınlığındakı meydana toplaşaraq etirazlarını davam etdiriblər.
Etirazçılar Macarıstanın baş naziri Viktor Orban və baş prokuror Peter Poltun
istefasını tələb edib, Macarıstandakı korrupsiya faktlarının araşdırılmasını
tələb ediblər.
Mənbə: TASS