Büdcədən maliyyələşən təşkilatlarda maaşların yeni cədvəli təsdiqlənib

Büdcədən maliyyələşən təşkilatlarda maaşların yeni cədvəli təsdiqlənib

Baxış sayı: 4. 002 dəfə baxılıb.

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları ilə bağlı yeni cədvəli təsdiqləyib.

ÇıxışYolu.Com quruma istinadən xəbər verir ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2018-ci il 3 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin verdiyi qərara görə,  Əsir və İtkin Düşmüş, Girov Götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupunun rəhbərinin, eləcə də Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin aylıq vəzifə maaşı 913 manat təsdiqlənib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin  baş direktorunun aylıq vəzifə maaşı 369 manat, baş direktorun müavini 314 manat, Dövlət Arxivinin direktoru, Dövlət Arxivinin filialının direktorunun (I qrup)  655 manat, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun direktorunun maaşı  798 manat  müəyyən edilib.

Eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun, Elmin İnkişafı Fondunun, Bilik Fondunun, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Gənclər Fondunun, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları 10% artırılıb. 

.
www.ÇıxışYolu.Com