Buffon bu məşhur kluba keçə bilər

Buffon bu məşhur kluba keçə bilər

Baxış sayı: 2. 702 dəfə baxılıb.

Fransanın “PSJ” klubu “Yuventus”un qocaman qapıçısı Canluici Buffonu heyətinə qatmağa çalışır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Nəşrin məlumatına görə, 40 yaşlı qolkiperlə artıq “PSJ” nümayəndələri əlaqə yaradıb.  Buffona iki illik kontrakt təklif olunub.

Aprel ayında qapıçını Argentinanın “Boka Xuniors” klubu  öz heyətinə qatmağa çalışıb. Buffona klubda çıxışına görə ilə 2,5 milyon avro vəd olunmuşdu.

Xatırladaq  mayın 16-da Buffonun mövsümün sonunda futbol karyerasını başa vurmaq niyyətində olduğu barədə məlumat yayılıb.

İddiaya görə, Buffon  “Yuventus” klubunun forması ilə sonuncu dəfə mayın 19-da “Verona” ya qarşı keçiriləcək matçda çıxış edəcək.

.
www.ÇıxışYolu.Com