Bu gün futbol üzrə Fransa superkuboku uğrunda matç baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, “Pari-Sen Jermen” “Monako”nu 4:0 hesabı ilə məğlub edib.
Paytaxt təmsilçisinin qapısını yaxınlarda “Yuventus”dan transfer edilən Canluici Buffon qoruyub.
Qeyd edək ki, Fransa superkuboku məşhur italiyalı qolkiperin bu ölkədə qazandığı ilk fəxri mükafatdır.