Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı – FOTO + VİDEO

Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı – FOTO + VİDEO

Baxış sayı: 3. 064 dəfə baxılıb.

“Yuventus” futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda “Verona” üzərində qələbə qazanıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, turnir “Alyans” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

“Qoca Sinyora”nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, “Verona”da isə Alessio Çerçi fərqlənib.

Əfsanəvi qapıçı Canluici Buffon “Yuventus”un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.

Canluici Buffon “Yuventus”a 2001-ci ildə “Parm”dan gəlib. O, qapıçı olaraq klubla 17 mövsüm oynayıb,  onlarla 11 çempionluq titulunu qazanıb.

www.ÇıxışYolu.Com