Buğda idxalı daha üç il müddətinə ƏDV-dən azad edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin
istehsalı və satışı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad
edilib.
Cixisyolu.com xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini
tapıb.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin
istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddəti iki dəfə
uzadılmaqla vergidən azad edilmişdi.
Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.