7285764a-3b9a-4f76-bac4-23199b1778f4.jpg

Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK – Qiymətlər DƏYİŞƏCƏK?

Baxış sayı: 249 dəfə baxılıb.

Bir neçə ildir dəniz səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi
gəzintisinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Son günlər yerli media və sosial şəbəkələrdə Bakı bulvarında “Mirvari”
gəmisinin yenidən görünməsinə

dair fotolar yer alıb.

Gəminin yenidən görünməsi vətəndaşların həmin gəmidən nə zaman istifadə
edəcəkləri sualını yaradıb.

Həmçinin gəmi gəzintisi üçün qiymətlərin müəyyən olunub-olunmaması da yaranan
suallardandır.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri
Əfsanə Mehdiyeva Bizim.media-ya deyib ki, gəmi gəzintisi üçün son hazırlıq
işləri görülür:

“Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin
müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən
fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Dənizin müəyyən
hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni,
təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi.

Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və
renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı
körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq
işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək”.

Source link