Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Camal yetkinlik yaşına çatmayan
Əsmərlə (adlar şərti göstərilib – red.) cinsi əlaqədə olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Camal 2023-cü ilin noyabr ayının
ortalarında, günorta saatlarında Sumqayıt şəhərinin Bulvar küçəsində yerləşən
evin yataq otağındakı çarpayıda aralarında 6 yaş fərq olan, on dörd yaşlı
Əsmərlə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqəyə girib. Bu
əməli dekabrın 15-dək mütəmadi davam etdirib.
İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on
dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və
ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Əsməri
2023-cü ildən tanıyır: “Sumqayıt şəhərinin Bulvar ərazisində gəzişərkən ilk
dəfə Əsməri yanında rəfiqəsi ilə gördüm. Ona yaxınlaşaraq tanış olmaq
istədiyimi bildirdim. Buna etiraz etmədi. Aramızda sevgi münasibətləri yarandı.
Mən Əsmərin 14 yaşı olduğunu bilmişəm. Lakin ona qarşı fikrim ciddi olduğu
üçün evlənmək niyyətində olmuşam. Biz Əsmərin 16-17 yaşına çatmağını gözləmək,
daha sonra evlənmək barədə razılığa gəldik. Bu barədə mən öz valideyinlərimə də
bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, tanışlıqlarından təxminən 2 ay sonra Əsmər
onu anası Xatirə ilə tanış edib: “Mən Xatirəyə qızı barədə niyyətimin ciddi
olduğunu və gələcəkdə onunla ailə həyatı qurmaq istədiyimi bildirdim. Xatirə də
mənim Əsmərlə münasibətlərimin davam etməsinə razılıq verdi”.
Camalın sözlərinə görə, 29 oktyabr 2023-cü ildə Əsmərin 14 yaşı tamam olub:
“Əsmərin ad gününə tort və üzərində “13” rəqəmi yazılmış kloun olan gümüş sep
hədiyyə aldım. Sonra Əsmər və onun anası Xatirə ilə birlikdə bulvar ərazisində
yerləşən restoranlardan birində ad gününü qeyd etdik. Həmin vaxta kimi Əsmərlə
cinsi əlaqədə olmamışdım.
Təxminən 2023-cü ilin noyabr ayının ortaları və ya axırında günortadan sonra
Əsmərlə görüşdük, birlikdə evləri üçün marketdən alış-veriş etdik. Kömək
məqsədilə onun aldığı əşyaları yaşadıqları mənzilə kimi apardım.
Əsmər anası evdə olmadığı üçün məni içəri dəvət etdi. Söhbət edərkən özümü
saxlaya bilmədim, onu öpdüm. O da məni öpdü. Hər ikimiz ehtiraslandıq. Yataq
otağına keçərək soyunduq və ilk dəfə öz razılığı ilə onunla cinsi əlaqədə
oldum. Əlaqə nəticəsində Əsmərin qızlıq bəkarəti pozuldu. Bu barədə o, anasına
məlumat verməyəcəyini bildirdi.
Bundan sonra biz təxminən dekabr ayının ortalarınadək həmin mənzildə daha 3-4
dəfə ayrı-ayrı tarixlərdə cinsi əlaqədə olduq. Mən Əsmərin 14 yaşı olduğunu və
16 yaşına çatmadığını bilmişəm. Buna baxmayaraq, öz ehtirasıma sahib
çıxmayaraq, Əsmərin öz təklifi ilə onunla cinsi əlaqədə olmuşam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əsmərin sözlərinə görə, Sumqayıt
şəhərində orta məktəbin 7-ci sinif şagirdi olsa da, 6-cı sinfi qurtardıqdan
sonra öz təşəbbüsü ilə yeni təhsil ilindən məktəbə getməkdən imtina edib:
“13 iyul 2023-cü ildə rəfiqəmlə birlikdə Sumqayıt şəhərində bulvar ərazisində
gəzərkən mənə tanımadığım, özünü Camal kimi təqdim edən gənc oğlan yaxınlaşdı
və tanış olmaq istədiyini bildirdi. İlk baxışdan mənim Camaldan xoşum gəldiyi
üçün ona etiraz etmədim.
Bundan sonra onunla mütəmadi olaraq görüşməyə, telefon vasitəsilə danışmağa
başladıq. Bundan təxminən iki ay sonra Camalı anamla da tanış etdim”.
Zərərçəkmiş qeyd edib ki, oktyabrın 29-da anası Xatirə ilə birlikdə Sumqayıt
şəhərində bulvar ərazisində yerləşən restoranlardan birində 14 yaşını qeyd edib
və Camal da həmin ad günündə iştirak edib:
“Camal mənə tort, üzərində tanışlıq tariximiz olan “13” rəqəmini əks etdirən
gümüş boyunbağı da hədiyyə etdi. Ad günümdən bir iki həftə sonra, yəni təxminən
noyabr ayının ortalarında, günorta saatlarında yaşadığım evin yaxınlığındakı
marketdə Camalla birlikdə bazarlıq etdik. Daha sonra Camal mağazadan alınan
əşyaların mənim yaşadığım mənzilə daşınmasında köməklik etdi. Evə çatdıqda anam
işdə olduğu üçün Camalı yaşadığım mənzilə dəvət etdim. Söhbət edərkən Camal
məni öpdü. Mən də öpüşdən ehliraslandım, onu öpdüm. Bundan sonra hər ikimiz
yataq otağına keçdik. Camal məni soyundurduqdan sonra öz razılığımla ilk dəfə
onunla cinsi əlaqədə olduq. Qızlıq bəkarətimin pozulduğunu başa düşdüm”.
Əsmərin ifadəsinə görə, daha sonra Camal onların evindən gedib: “Camalla cinsi
əlaqədə olmağım barədə anama heç bir söz demədim. Bundan sonra Camalla
ayrı-ayrı vaxtlarda yaşadığım mənzildə daha 3 dəfə cinsi əlaqədə oldum. Sonuncu
dəfə bu cür görüşümüz 2023-cü ilin dekabrın 15-nə təsadüf etdi.
2024-cü il yanvarın 8-də səhər saatlarında anamla evdə olarkən ona Camalla bir
neçə dəfə cinsi əlaqədə olduğumu dedim. Anam da əsəbiləşərək mənimlə Sumqayıt
Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedərək şikayət ərizəsi yazdıq.
Camal mənimlə cinsi əlaqədə olarkən heç vaxt zor tətbiq etməyib. Hər dəfə cinsi
əlaqə öz istəyim və razılığımla olub”.
İş üzrə zərərçəkmiş Əsmərin qanuni nümayəndəsi qismində dindirilən anası
Xatirənin sözlərinə görə, 2023-cü ilin oktyabrında qızı Əsmər ona Camal adlı
bir oğlanla tanış olduğunu və bir-birlərini sevdiklərini bildirib:
“Məni də Camalla tanış etdi, aramızda mehriban münasibət yarandı. Hətta qızım
Əsmərin ad gününü də Camalla birlikdə restoranda qeyd etdik. Bəzi hallarda
Camal özü, bəzi hallarda Camalın anası da bizə gəlib-gediblər, Əsmərin 18
yaşına çatandan sonra el adəti ilə toy edərək onları evləndirmək barədə
razılaşmışıq.
Bu il yanvarın 8-də Əsmər evdə söhbət edərkən öz istəyi ilə Camalla 2023-cü
ilin noyabr ayının ortalarında yaxın münasibətdə olduğunu, Camalın onun
bakirəliyini pozduğunu bildirdi. Bu xəbəri eşitdikdə halım pisləşdi. Dərhal
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Sumqayıt
Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olundum. Mən hadisə barədə
ərizə ilə müraciət etdim.
Hazırda Camal və onun ailə üzvləri mənə qızım nikah qurmağa hüquq verən yaş
həddinə çatdıqda onunla evlənəcəyinə söz verib və el adəti ilə onları
nişanlamışıq. Bu səbəbdən Camaldan hər hansı şikayətim yoxdur. Hazırda onunla
barışmışıq. Gələcəkdə qızım ilə Camalı evləndirməyi planlaşdırırıq”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə
Camalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq
olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.