“Bundan sonra da Azərbaycanın yanında olacağıq" - Hulusi Akar

“Bundan sonra da Azərbaycanın yanında olacağıq” – Hulusi Akar

Baxış sayı: 2. 111 dəfə baxılıb.

 

“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.

Türkiyəli nazir bildirib ki, hər zaman Azərbaycanın haqlı mübarizələrində yanlarında olduq: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Qonşu ölkələrlə olan mövzularda üçüncü tərəflərin obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.