Bundesliqa: “Borussiya” üç xalı üç qolla aldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniya Bundesliqasında 17-ci turun “Darmştadt 98” və “Borussiya Dortmund”
matçı ikincilərin mütləq üstünlüyü ilə yekunlaşıb -0:3.
Qonaqlar 24-cü dəqiqədə hesabı açıblar. Komandanın yarımmüdafiəçisi Julian
Brandt qola imza atıb. 77-ci dəqiqədə dortmundlular ikinci qolu vurmağa
müvəffəq olublar – Marko Roys fərqlənib. Gənc hücumçu Yussuf Moukoko matçın
90+1-ci dəqiqəsində son nöqtəni qoyub.
Hazırda “Borussiya” turnir cədvəlində üçüncü yeri tutur. Komanda 41 xal
toplayıb. “Darmştadt 98” isə 32 xalla altıncı yerdədir.