Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi Burak Yılmaz istefa verib.
Cixisyolu.com xəbər verir ki, o, Superliqanın VII turunda doğma meydanda “Beşiktaş”a
0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı verib.
“Özümlə bağlı danışmağa ehtiyac yoxdur. Kayseri şəhərinə və kluba təşəkkür
edirəm. Ötən mövsüm məni bu vəzifəyə layiq bilib gətirdilər. Mövsümün əvvəlində
transfer cəzası aldıq, buna görə getməyəcəyimi söylədim və bir dəfə də olsun
etiraz etmədim. Hər şeyi etdik… Yatmadıq, bazada qaldıq, oyun planı, təzyiq,
uşaqlarla söhbət… Bir şey qaldı, o da mənim ayrılmağım. Məşqçi dəyişikliyinin
bu şəhərə, komandaya fayda verə biləcəyini düşünərək istefa verirəm”, – deyə
Burak Yılmaz bildirib.
39 yaşlı mütəxəssis bu ilin yanvar ayından Kayseri təmsilçisinə rəhbərlik
edirdi.
Qeyd edək ki, “Kayserispor” turnir cədvəlində 3 xalla 17-ci sırada yer alıb.