Buraxılış imtahanlarının keçirilmə qrafiki – CƏDVƏL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü il
tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə
keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:
İmtahan tarixi
İmtahan keçiriləcək şəhər (rayon)
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
3 mart
Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron, Gəncə – 1,
Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala,
Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara,
Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz,
Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Çilov adasında yerləşən məktəb, tədrisi
ingilis və fransız dilində olan məktəblər
10 mart
Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Sumqayıt, Naxçıvan, Gəncə –
2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı,
İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar,
Ağcabədi, Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 №-li tam orta məktəb),
Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (Şəhər 2 №-li tam orta
məktəb), Laçın (Zabux kənd tam orta məktəbi), Qax, Balakən, Zaqatala, Quba,
Xızı, Qusar, Bakı xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə
müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblər
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
17 mart
Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov, Gəncə – 1, Samux, Daşkəsən, Qazax,
Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab,
Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran
7 aprel
Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi, Sumqayıt – 1, Abşeron – 1,
Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad
– 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 №-li
tam orta məktəb.), Laçın (Şəhər 2 №-li tam orta məktəb.), Laçın (Zabux kənd tam
orta məktəbi), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı,
Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba – 1
21 aprel
Xəzər – 2, Nizami, Sumqayıt – 2, Abşeron – 2, Pirallahı, Naxçıvan, Göygöl,
Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2,
Masallı – 2, Lerik, Bərdə, Tərtər, Ağdərə (Talış kənd tam orta məktəbi),
Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz – 2, Quba – 2, Bakı
xüsusi məktəblər (internat məktəbləri, Çilov adasında yerləşən məktəb,
cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, fransız və
gürcü dilində olan məktəblər
Qeyd edilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan
şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların
imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt,
Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında
yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət
intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu
hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə
hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında
yerləşdiriləcək.