“Burger King” Moskva restoranlar şəbəkəsinin direktoru İrina Axmatovanın meyiti Serpuxov ətrafında tapılıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadən xəbər verir ki, cinayətkar özü qadının öldürüb gizlətdiyi yeri göstərib.
Qeyd edək ki, Axmatovanın yoxa çıxması barədə dekabrın 26-da məlum olub. Qadın Moskvadan Tulaya öz maşınında gedən zaman itkin düşüb. O, “BlaBlaCar” servisi vasitəsi ilə tapdığı sərnişini aparırdı.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 30-da saxlanılıb. İstintaqa ifadəsində o günahını etiraf edib.