735cbf27-5c09-4dac-b2fc-1868e4952b1f..jpg

Burkina Faso fransız dilinin statusunu işçi dilə dəyişdi

Baxış sayı: 788 dəfə baxılıb.

Burkina Faso fransız dilinin statusunu işçi dilə dəyişdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Burkina Faso Keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər
kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya
dəyişikliyini qəbul edib.

Qeyd olunur ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu milli
dillərin xeyrinə itirir, ingilis dili isə Burkina Faso administrasiyasında işçi
dil statusu qazanır.

“Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın dərin arzusudur və
hökumət əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – deyə
sənəddə qeyd olunur.

Bundan əlavə, bu tədbir əhalinin ictimai həyata daha geniş cəlb olunmasını
təmin edir. Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət
idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

Xatırladaq ki, Burkina Fasoda əhalinin təxminən 90%-nin danışdığı 60-dan çox
milli dil var. Onlardan ən çox yayılmışları moore, diula, bissa, daqara,
fulfulde, qurmançemadır.

Mənbə: TASS

Source link