44fef4e5-f426-402a-9a0e-782028cbc74c..jpg

“Buta Airways”dən İstanbul – Bakı reysinin gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 1. 014 dəfə baxılıb.

“Buta Airways”dən İstanbul – Bakı reysinin gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) – Bakı
J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

Bildirilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun
olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə
təmin ediləcəklər.

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə
saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086
“WhatsApp” nömrəsi və ya[email protected]
elektron poçt vasitəsilə müraciət
edə bilərsiniz.

Source link