Bütün bədəni yanan Sərxanın anası yardım diləyir: “Müalicələrini davam etdirə
bilmirik” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səkkiz yaşlı Sərxanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Zeynəb İmamquliyeva məlumat verib.
Bildirilib ki, övladı iki ay əvvəl evdə qaz balonunun partlaması nəticəsində
yanıb.
“Sərxanın səkkiz yaşı var. Bir ay əvvəl dərsdən gələndə özünə yemək qızdırmaq
istəyib. Necə olubsa, qaz balonu partlayıb. Qolları, ayaqları, üzü yanıb.
Hadisədən dərhal sonra Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Sərxan
orada dəriköçürmə əməliyyatı keçirdi. Daha sonra evimizə qayıtdıq. Əməliyyatdan
sonra dərinin tutması üçün müalicələri davam etdirməliyik. Yaralarına çəkməyə
aldığımız mazlar 40-50 manatdır, onların da biri 2-3 günə bitir. İnanın,
tamamilə tükənmişik. Son bir ayda isə yalnız sizin saytın izləyicilərinin
dəstəyi ilə Sərxanın müalicələrini davam etdirə bilirik. Hazırda mazları və
dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə
dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 982-76-26.
Kart: 4169 7388 7731 6020.