Dünya mediası italyan model Byanka Balti barədə geniş yazılar dərc etməyə başlayıb. Onlar iddia edir ki, model Monika Belluçini gözəlliyi ilə kölgədə qoyur.
ÇıxışYolu.Com xəbər verir ki, Byanka 25 may 1984-cü il Lombardiyada dünyaya gəlib.
Onun atası italyan, anası isə azərbaycanlıdır.
O, uşaqlıqdan model agentliklərinə baş vurub, müxtəlif kastinqlərdə iştirak edib. İlk zamanlarda bir neçə regional jurnalın üz qabığına çəkilən Byankaya daha sonra “Vogue”, “Harper’s Bazaar”, “Marie Claire”, “Jalouse”, “Cosmopolitan”, “Elle” və “Playboy” kimi jurnallardan da təklif gəlib.
2004-cü ildən sonra populyarlıq qazanan Balti daha sonra məşhur brendlərdən reklam təklifləri alıb. Bunların sırasında “Roberto Cavalli”, “Christian Dior”, “Dolce & Gabbana”, “Valentino”, “DKNY”, “Armani Jeans” kimi brendlər var.
2005-ci ildən Byanka “Victoria’s Secret” modelləri ilə eyni səhnəyə çıxmağa başlayıb. 2006-cı ildə o, reklam çarxına, 2007-ci ildə isə “Striptiz klubdakı nağıllar” adlı bədii filmə çəkilib.
Müxtəlif dəb nümayişlərində iştirak edən model məşhur fotoqraf Kristian Luçidiyə ərə gedib. Onların bu evlilikdən Matilda adlı qızı dünyaya gəlib. Ancaq cütlük 2009-cu ildə boşanıb.