Bütün zamanların ən qəddar kino qəhrəmanı açıqlandı

Baxış sayı: 2. 289 dəfə baxılıb.

Bütün zamanların ən qəddar kino qəhrəmanı açıqlandı

“The Hollywood Reporter” Hollivud film sənayesinin nümayəndələrinə görə 25 əsas anti-qəhrəman və antaqonist rolların siyahısını tərtib edib. Sorğuda minə yaxın kinematoqraf iştirak edib. 

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, siyahıya Corc Lukasın “Ulduzlar müharibəsi” filminin anti-qəhrəmanı Dart Veyder liderlik edib. 

Qeyd edilib ki, Veyder Hollivudda müxtəlif yaş, sosial qrup və peşə nümayəndələrinin sevimli personajı olub. “Ulduz müharibələr”ində zalım rolunu aktyor Devid Prouz oynayıb, səsləndirmə isə Ceyms Erl Consa aiddir. 

İkinci yeri Entoni Hopkinsin oynadığı Hanibban Lekter rolu olub. Üçüncü yeri 1939-cu il istehsalı olan “Oz ölkəsinin sehrbazı” filmindəki Qərib Qəddar Qarı rolu tutub. Qarının rolunu Marqaret Hemilton oynayıb. 

Dördüncü yerdə “Qara cəngavər” filmindən Hit Lecerin oynadığı Coker rolu, beşinci yerdə isə “Ququnun yuvası üzərindən uçarkən” ekran əsərində Cek Nikolsonun canlandırdığı tibb bacısı Mildred Retçer rolu qərarlaşıb. 

İlk onluğa “İblis Pradanı daşıyır” filmindən Miranda Pristli (Meril Strip), “Pxiso” filmindən Norman Beyts Entonu (Perkins), “Mizeri” filmindən Enni Uilks (Keti Beyts), “Şərəfsiz alçaqlar” filmindən polkovnik Qans Landa (Kristof Valts) və “Burada qocalara yer yoxdur” filmindən Anton Çiqur (Xavyer Bardem) daxil olub. 

www.ÇıxışYolu.Com