ab8ba200-ec58-4e64-8a0d-a830d3f4d59f..jpg

“Buz dövrü” cizgi filminin yeni treyleri yayımlanıb – VİDEO

Baxış sayı: 2. 700 dəfə baxılıb.

“Buz dövrü” cizgi filminin yeni treyleri yayımlanıb – VİDEO

“Disney” studiyası franşizanın əsas personajlarından biri haqqında “Buz dövrü:
Bakın macəraları” cizgi filminin yeni treylerini yayımlayıb. Onun premyerasının
yanvarın 28-də “Disney+”da olacağı gözlənilir.

Animasiya lentinin süjeti Bak adlı gəlinciyin macəralarından bəhs edir.
Qəhrəman filmdə ilk dəfə 2009-cu ildə, “Buz Dövrü 3: Dinozavrların Əsri”
seriyasında görünüb. Bu seriyada isə sevimli heyvana ayrıca bir hekayə həsr
olunub. Treylere görə, seriyada əvvəlki hissələrdən tanış olan personajlar da
iştirak edəcək: Mamont Menni, ərincək Sid, dələ Skrat, qılınc dişli pələng
Dieqo və opossumlar.

Eradan əvvələ aid heyvan macəra franşizasının son hissəsi “Buz Dövrü: Toqquşma
Qaçılmazdır” 2016-cı ildə işıq üzü görüb. Həmin vaxt film 105 milyon dollarlıq
büdcə ilə 400 milyon dollardan çox pul qazanmışdı.

Mənbə: Afisha.ru


Source link