ABŞ-da güclü qasırğanın gətirdiyi nəhəng dalğalar Boston şəhərinin sahilyanı ərazilərini su altında qoyub.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ mətbuatında “buzlu sunami” kimi təqdim olunan hadisənin unikal görüntüsünü ABC telekanalı “Twitter” səhifəsində paylaşıb.
Qasırğa şəhərdə ciddi fəsadlara yol açıb, yüzlərlə yaşayış evinə ziyan dəyib. Yolları və evlərin zirzəmilərini su basıb.
Artıq 300 minə yaxın insan işıqsız qalıb. Tibbi yardıma ehtiyacı olan çox sayda insanın olduğu xəbər verilir.
Bəzi mənbələr dalğaların hündürlüyünün 10 metrə çatdığını açıqlayıb. ABŞ-ın şərq sahillərini cənginə alan qasırğanın ümumilikdə 1 milyona yaxın sakini işıqsız qoyacağı gözlənilir.
Bundan başqa şiddətli küləyin təsiri altında Virciniya ştatının sahillərində “Maersk Shanghai” yük gəmisinin 70-ə yaxın konteynerini dalğa aparıb.
Nor’easter brings dramatic flooding to East Coast, with record flooding expected in Boston Harbor as the storm coincides with high tide at midnight. https://t.co/2z3qSFjUkW pic.twitter.com/TcoFXc2bAa
— ABC News (@ABC) 2 марта 2018 г.
Huge waves crash into homes in Marshfield, Mass., as destructive nor’easter leaves hundreds of thousands without power. https://t.co/Tz73LHbOEo pic.twitter.com/LlganYUAMy
— ABC News (@ABC) 5 марта 2018 г.