Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xəzər rayonu, Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsində yaşayan sakinlər
dörd ildir ki, zibil konteynerlərindən şikayətlənirlər.
Belə ki, əhali və yaxınlıqdakı iaşə obyektləri tullantılarını bura atır.
Nəticə olaraq həyətin mərkəzində natəmizlik hökm sürür. Xüsusən də, isti
havalarda bina üfunətə qərq olur.
Sakinlər iddia edirlər ki, yaranan vəziyyətdən dolayı bəzi sakinlər bu binadan
köçüb gediblər.
Həmin əraziyə daxil olan 111 saylı mənzil istismar sahəsinin rəhbəri Zaman
Qəribov bildirib ki, konteynerlərin ərazidə olması nəqliyyatın daha rahat
çalışması üçündür və onların buradan götürülməsi məsələsinə baxılacaq.
Daha ətraflı Real TV-nin süjetində: