586a4247-2eac-457d-90c3-b0798be186cc..jpg

Buzovnada bir ailənin faciəsi: Dəhşətli qətli törədən şəxs məhkəmədə ifadə verdi

Baxış sayı: 815 dəfə baxılıb.

Buzovnada bir ailənin faciəsi: Dəhşətli qətli törədən şəxs məhkəmədə ifadə
verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Buzovnada bir ailənin üç üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda
təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi
keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ifadəsi elan edilib.

Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən Nofəl Səfərovun ifadə
verməsini təklif edib. N. Səfərov ifadə vermək istəmədiyini deyib. Daha sonra
istintaq video materialına baxış keçirilib. Video materialda təqsirləndirilən
şəxs hadisəni törətdiyini desə də, prosesdə ifadəni təzyiq altında verdiyini
bildirib:

“Hadisə baş verən gün qəssabxanada idim. Sonra dostumun kafesinə getdim. Orda
olanda oğlum zəng elədi ki, belə bir hadisə baş verib. Mən də durub ora getdim.
Hadisənin səhəri günü saxlanıldım”.

Daha sonra təqsirləndirilən Nofəl Səfərov məhkəmədə oğlunun da ifadə verməsini
istəyib. O, oğluna da təzyiq olduğunu deyib.

Daha sonra hakim Leyla Əsgərova-Məmmədova telefon siqnalının N. Səfərovun
hadisə baş verən gün həmin yerdə – Buzovnada olduğunu göstərdiyini deyib.
Təqsirləndirilən şəxs isə bu suala cavab verməyib.

Proses fevralın 26-da davam etdiriləcək.

Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində
baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il
təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat
yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici
alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən
xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya
daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə,
terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi
başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl
Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı
onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Source link