Buzovu xilas etmək istəyənlər kanalda batıb – FOTO – YENİLƏNİB

Buzovu xilas etmək istəyənlər kanalda batıb – FOTO – YENİLƏNİB

Baxış sayı: 2. 838 dəfə baxılıb.

Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.

Bunlar rayonun Gədikqışlaq kənd sakinləri olan Vidadi Mehrəliyev və Səhrab Seyfulovdur.

Onların cəsədləri ailələrinə təhvil verilib.

16.37

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.

ÇıxışYolu.Com Report-a  istinadla xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

www.ÇıxışYolu.Com