ed77f3bd-5133-41a3-aff0-4fe205ba074c.jpg

BVF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in artacağını proqnozlaşdırır

Baxış sayı: 190 dəfə baxılıb.

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda nominal ümumi daxili məhsulun
(ÜDM) 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ
dollarına, 2025-ci ildə isə77 milyard ABŞ dollarına qədər artacağını
proqnozlaşdırır.

Cixisyolu.com xəbər verir ki, bu barədə BVF-nin “Dəyişən geoiqtisadi landşaftda
naviqasiya” adlı “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və
Mərkəzi Asiya” hesabatında deyilir.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki
1,1%-lə müqayisədə 3,2% təşkil edəcək, 2025-ci ildə isə 2,5%-dək azalacaq.
Qeyri-neft sektorunda artımın 2024-cü ildə4,8%, 2025-ci ildə 3,8% səviyyəsində
(2023-cü ildəki3,7%-ə qarşı) olacağı gözlənilir. Eyni zamanda, neft sektoru
üzrə ÜDM-də 2023-cü ildəki4,2%-lik azalma 2024-2025-ci illərdə 0,5%-dək
yavaşlayacaq.

Qazaxıstanda neft hasilatının artımının dayanması səbəbindən Qafqaz və Mərkəzi
Asiya regionunda neft ixracatçıları arasında artım tempinin 2023-cü ildəki3,9
%-dən 2024-cü ildə3,3 %-ə enəcəyi proqnozlaşdırılır. 2025-ci ildə ÜDM-in 3,9%-ə
qədər müvəqqəti artımı Qazaxıstandakı “Tengiz” neft yatağının genişləndirilməsi
ilə əlaqədar olacaq. Ortamüddətli perspektivdə Azərbaycan və Türkmənistanda
böyük məbləğdə investisiya qoyuluşu olmadan istehsal gücləri ilə məhdudlaşan
karbohidrogen hasilatının sabitləşməsi proqnozlaşdırılır.

“Qlobal neft və qaz qiymətlərinin azalması regionun Azərbaycan və Qazaxıstan
kimi neft ixracatçıları arasında iqtisadi artımda qeyri-enerji sektorunun
rolunu yüksəldib. Xüsusilə Azərbaycanda və Qazaxıstanda hələ də yüksək istehlak
kreditləşməsi və biznes kreditləşməsinin son dərəcə artımı ilə səciyyələnən
böyük daxili tələb tikinti və xidmət sektorlarında aktiv iqtisadi fəallıqla
müşayiət olunub. 2024-cü ildə Azərbaycanda dövlət və özəl investisiyalar bu
sektora əhəmiyyətli təkan verib.

Ölkədə inflyasiyanın yavaşlaması pul-kredit siyasətini yumşaltmağa və uçot
dərəcəsini75 baza bəndi endirməyə imkan verib”, – BVF vurğulayır.

Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8%-ə
qarşı 2024-cü ildə2,1%, 2025-ci ildə 4,8% olacağı, 2024-cü ildə dövlət borcunun
ÜDM-ə nisbətinin20,5%, 2025-ci ildə isə 20,3% olacağı gözlənilir.

Source link