BVF Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

BVF Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Baxış sayı: 2. 554 dəfə baxılıb.

Cari ildə Azərbaycanda iqtisadi artım 2% təşkil edəcək ki, bu da 2017-ci ilin oktyabrında dərc olunan “Dünya İqtisadi Proqnozu” hesabatındakı göstəricidən 0,7% çoxdur.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “World Economic Outlook 2018” hesabatında deyilir. 

Bildirilir ki, 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,9% artacaq, inflyasiyanın səviyyəsi isə bu il 7%, gələn il isə 6% olacaq:

“2017-ci ildə Azərbaycanda istehlak qiymətləri 13% artıb. 2023-cü il üçün isə bu rəqəm 4% olacaq. Həmin il Azərbaycanda real ÜDM artımı 2,3%-ə çatacaq. 2017-ci ildə isə bu rəqəm 0,1% olub”.

.
www.ÇıxışYolu.Com