9964af1e-3de9-49d8-80e5-403ee5676266.webp

BVF Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırdı

Baxış sayı: 310 dəfə baxılıb.

Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda ortaillik
inflyasiyanı 2,1%, 2025-ci ildə 4,8%, 2029-cu ildə isə 4% səviyyəsində
proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr
sayında öz əksini tapıb.

Aprel ayında BVF Azərbaycanda inflyasiyanı 2024-cü ildə 3,5%, 2025-ci ildə isə
5% səviyyəsində proqnozlaşdırırdı. 2029-cu il üçün proqnoz 4% səviyyəsində
saxlanılıb.

Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün inflyasiyanın 2024-cü ildə 12,7%,
2025-ci ildə 9,3% olacağı proqnozlaşdırılır.

2023-cü ildə Azərbaycanda illik inflyasiya 2,1% təşkil edərək Mərkəzi Bankın
hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşıb, orta illik inflyasiya
isə 8,8% olub. Valyuta Fondu illik inflyasiyanın 2024-cü ildə 4,6%, 2025-ci
ildə isə 5% səviyyəsində olacağını proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr
aylarında ortaillik inflyasiya 1,5% təşkil edib. Qida məhsulları, içkilər və
tütün məmulatları 0,4%, qeyri-qida məhsulları 1,4%, əhaliyə göstərilmiş
ödənişli xidmətlər isə 3,3% bahalaşıb.

İqtisadiyyat Nazirliyi Azərbaycanda ortaillik inflyasiyanın 2024-cü ildə 2,7%,
2025-ci ildə 4,6%, 2026-cı ildə 4%, 2027-28-ci illərdə isə 3,8% olacağını
proqnozlaşdırır.

Source link