BVF: Neftin bahalaşması Azərbaycanda iqtisadi artıma təsir edib

BVF: Neftin bahalaşması Azərbaycanda iqtisadi artıma təsir edib

Baxış sayı: 2. 699 dəfə baxılıb.

2017-ci ildə neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “Regional Economic Outlook: Caucasus and Central Asia” adlı hesabatında bildirilir. 

Qeyd edilir ki, 2016-cı ildə bu göstərici 2,4% təşkil edib və 2017-ci ilin II yarısından neft qiymətlərinin kəskin artması bu ölkələrin iqtisadiyyatının böyüməsinə təkan verib:

“Azərbaycanda yüksək dövlət sərmayələri digər sahələrdəki zəiflikləri balanslaşdıraraq böyüməyə şərait yaradıb. Ölkədə kapital qoyuluşunun genişləndirilməsi planlaşdırılır. Bu isə iqtisadiyyatın absorbsiya həcminin artmasına şərait yarada bilər.

Hazırda Azərbaycanda fiskal idarəetmə prosesi gedir. Ölkənin orta müddətə fiskal çərçivəsi müəyyən edilməyib”.

.
www.ÇıxışYolu.Com