Cəbəllütariqdə həbs olunan İran gəmisinin nə vaxt azad olunacağı bəlli olub.
TASS xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Hamid Baydinejad açıqlama verib.
“Twitter” səhifəsindən açıqlama verən diplomat bildirib ki, gəmi bu gün axşam açıq dənizə çıxa bilər.
Qeyd edək ki, İrana məxsus “Grace-1” tankeri Cəbəllütariq tərəfindən həbs olunmuş, daha sonra ölkənin Ali Məhkəməsi tərəfindən azad olunması haqqında qərar verilmişdi.