Cəbhədə məktəblinin məktubunu oxuyan həkim müharibədən danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vətən müharibəsində həkim kimi xidmət göstərən Anar Vaqifli Baku TV-yə danışıb.
O, ön cəbhədə yaralılara yardım göstərməyin qürurverici olduğunu söyləyib.
“Hərbçi yaralandığı andan ona nə qədər tez yardım göstərilərsə, təxliyəsi
düzgün aparılarsa, həyatda qalma şansı artır. Biz bir xəstəni belə itirmədik”,
– deyə həkim qeyd edib.
İki oğul övladının olduğunu vurğulayan A.Vaqifli “Vətən müharibəsində iştirak
etmək borcum idi. Qarabağ problemi övladlarımıza qalmamalı idi”, – deyə
sözlərinə əlavə edib.