6114fc6b-549e-4b30-8916-e776f7774bab..jpg

Cəbrayıl polisindən əməliyyat: Saxlanılanlar var – VİDEO

Baxış sayı: 502 dəfə baxılıb.

Cəbrayıl polisindən əməliyyat: Saxlanılanlar var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbir
nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa
edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad
rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib.

O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki
sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100
qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və beşbarmaq,
həmçinin üzərindən heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Source link