8a177364-7a67-4661-b4ba-66a4e6779033..jpg

Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir – FOTO

Baxış sayı: 778 dəfə baxılıb.

Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir – FOTO

2022-ci ilin may ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji
Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq
yarımstaniyasında işlər davam edir və yekunlaşmaq mərhələsinə daxil olub.

“Trend”in Cəbrayıla ezam olunmuş müxbirinin məlumatına görə, doqquz ay
keçməsinə baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330
kilovoltluq Cəbrayıl Qovşaq yarımstansiyasında “AzərEnerji” tərəfindən böyük
həcmdə torpaq, tikinti, quraşdırma işləri olmaqla yeraltı kommunikasiyalar üçün
kanallar inşa edilib, 330 və 110 kV-luq açıq paylayıcı qurğular, Rəqəmsal
İdarəetmə Mərkəzi tikilib. Beləliklə, az müddətdə çox böyük işlər həyata
keçirilib və beləliklə, işlərin 80 faizdən çoxu görülüb. İşlərin may ayına
qədər başa çatdırılması nəzərdə tutulub.

Paralel olaraq Ağcabədi yarımstansiyasından Cəbrayıla 132 km məsafədə
ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi işləri həyata
keçirilib və işlərin böyük hissəsi görülüb.

Eyni zamanda, Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas
yarımstansiyalardan biri olan 330 kilovoltluq Ağcabədi yarımstansiyasının tam
yenidən qurulmasına başlanılıb və burada da işlər tamamlanmaqdadır.

Həmçinin “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən 110
kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq
Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası
arasında 12 km məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilməsi prosesi də
yekunlaşmaqdadır.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı
elektrik təchizatını təmin etmək, yaradılan meqalayihələrin tələbatını
qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə
Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha
əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra
Naxçıvan MR-i Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız
Qalası” su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan
enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal
ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq
Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

PhotoStock.az-ın Cəbrayıl Qovşaq yarımstaniyasında hazırladığı fotoreportajı
təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Source link